Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva məşhur modelyer Tolga Çamın yeni kolleksiyasının tanıtımı üçün podiuma çıxıb. Lent.az-n məlumatına görə Ece Gürsel, Simge Tertemiz kimi tanınmış modellərin qatıldığı tədbirdə əsasən tüldən hazırlanmış libaslar nümayiş olunub. Modelyer Günay Musayevanın podiuma çıxdığı tədbiri modelin həyat yoldaşı Tolga Karel də izləyib.
Həyat yoldaşına dəstək olan aktyor bu yaxınlarda yeni serialda da rol alıb. “Bir Zamanlar Osmanlı – Kıyam” serialının bitməsi ilə əlaqədar “Kanal D”-də hər bazar ertəsi yayımlanan "Kanıt" serialına transfer olunan Tolga, bu dəfə də izləyiciləri təəccübləndirə bilib. Belə ki, aktyor, yeni rol aldığı serial üçün imicini dəyişib.
Tolqa Karel yaxın günlərdə oğlu ilə birlikdə reklam çarxına da çəkiləcək. Belə ki Tolqa oğlu Cahangir Canla birgə dünyaca məşhur prezervativ markasını reklam edəcək. Reklam çarxı 2013-cü ilin ilk həftələrində ekranlara çıxacaq.