Fevralın 12-ində gənc müğənni Ayan Babakişiyeva sözləri Baba Vəziroğluna, musiqisi isə Xanım İsmayılqızına aid “Mən olacağam” adlı mahnısına çəkilmiş klipinin təqdimat mərasimini keçirmək niyyətindədir.
Lent.az-ın məlumatına görə, klipdə müğənninin tərəf müqabili həmkarı Ədalət Şükürovdur. İfaçının digər tərəf müqabilləri kimi isə mahnının müəllifləri və peşəkar aktyor heyəti çəkilib.
Qeyd edək ki, rejissor Ceyhun Kərimovun ekranlaşdırdığı klipin “Official teaser” hazırdır.
http://www.youtube.com/watch?feature=player_embedded&v=KY8Jh8e0I0A