Azərbaycanlı "Kim Kardaşyan" Amerikaya səs saldı - <span style="color:red;">FOTOLENT
21 fevral 2017 10:54 (UTC +04:00)

Azərbaycanlı "Kim Kardaşyan" Amerikaya səs saldı - FOTOLENT

 

Amerikada yaşayan azərbaycan əsilli model Kamilla Osman sosial şəbəkədə yeni şəkillərini paylaşıb. Lent.az-ın məlumatına görə, erməni əsilli ulduz Kim Kardaşyana bənzərliyi ilə tanınan modelin yeni fotoları maraqla izlənilib.  

Azərbaycanlı model ona xoş söz yazanlara “Mən Azərbaycanımı və fanatlarımı çox sevirəm” şərhi yazıb.

22 yaşlı Kamilla kanadalı moda bloquçusu və sosial media siması kimi məşhurlaşıb. O, Kanadanın Toronto şəhərində böyüyüb. Ailəsi azərbaycanlıdır. Kamilla 15 yaşından bəri Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkir.

Onun “İnstagram”da 380 mindən çox izləyicisi var. 

 

Qeyd edək ki, Kim Kardaşyan K.Osmanla birgə çəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: “Kamilla çox şirin qızdı. Bizi bir-birimizə oxşadan çox adam var. Onunla tanışlıq çox əyləncəli oldu”.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar