[b]"Yeganə qadın müğənniyəm ki, sponsorum yoxdur"[/b] - <span style="color:red;">MÜSAHİBƏ
05 fevral 2015 16:36 (UTC +04:00)

[b]"Yeganə qadın müğənniyəm ki, sponsorum yoxdur"[/b] - MÜSAHİBƏ

Xalq artisti Arif Babayevin tələbəsi, uzun illər Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova şəxsi həyatından və yaradıcılıq işlərindən danışıb. Lent.az-a müsahibə verən ifaçı bir çox məqamlara toxunub.

 

 

 

- Bəturə Hüseynovanın Azərbaycanda yetəri qədər tanınmamağının səbəbi nədir?

 

- Mən xalq artisti Arif Babayevin tələbəsiyəm. Aybəniz Haşımova, Könül Xasıyeva, Könül Kərimova kimi həmkarlarımla Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışıq. Sinifdə 2 dənə zil səsli ifaçı var idi. Biri mən, digəri də xalq artisti Könül Xasıyeva idi. Dəfələrlə bir çox festivallarda ölkəmizi layiqincə təmsil etmişəm. Uğurlarım çox olsa da, bunlar barədə ətraflı danışmağı sevmirəm. Əsas olan səs və sənətdir. O da şükür Allaha, məndə var.

 

- Adlarını çəkdiyiniz sənətçilər qədər tanınmış olmadığınız sizi narahat etmir?

 

- Onlarla eyni vaxtda addımladığım halda, sənətimi yarımçıq qoyub, ailə qurdum. Ailə qurub, Türkiyədə yaşadım. Niyyətim, sənətimi atıb, orada qalmaq deyildi. Sadəcə, işlər elə gətirdi ki, qayıda bilmədim. Daha sonra gəlmək istədim, amma ana olmağa hazırlaşdığım dönəmlər idi deyə, həkim Azərbaycana qayıtmağıma razılıq vermədi.

 

- Yenidən sənətə qayıtdınız, qayıdışınız çətin olmadı ki?

 

- Yox, çətin olmadı. Əksinə, vətənə təzə-təzə gəldiyim vaxtlarda bütün televiziyalara dəvət alırdım. Çünki az da olsa, Azərbaycanda tanınırdım. Amma efirə çıxmağım çətinləşib. Əvvəllər heç bu cür qadağalar görmürdüm. İndi vəziyyət başqadır.

 

- Yenidən Azərbaycana qayıtmağınıza səbəb kimi həyat yoldaşınızla boşanmağınızı göstərirlər... 

 

- Boşanmamışam. Amma bu cür sözləri çox eşidirəm. Çox adam elə bilir ki, həyat yoldaşımdan boşanmışam. Sadəcə həyat belə gətirdi ki, o, Türkiyədə, mən Azərbaycanda qalası oldum. Əvvəl-əvvəl barəmdə deyilənlər çox təsir edirdi. İndi əhəmiyyət vermirəm. Boşanmadığım halda boynuma qoydular ki, boşanmısan. Amma mən ərə getmədən öncə bu sənətə gəlmişəm. Məni müğənni olmaq üçün yetişdiriblər. Niyazi, Şövkət Ələkbərova kimi sənətkarlar görmüşəm.  

 

- Azərbaycana qayıdan sonra həmkarınız Sahib İbrahimovla “Sənin xətrinə” adlı bəstəni ifa etdiniz və mahnı sevildi. Amma duet ortağınızla aranızda söz-söhbətlər oldu. Səbəb nə oldu?

 

- Bir neçə il öncə mən Türkiyədə olanda Sahib bəydən duet təklifi aldım və qəbul etdim. Dedim ki, razılıq verməyimlə, ona dəstək olacam. Amma mənim Sahiblə duet oxumağımı elə müzakirə etdilər ki, guya o, mənə dəstək olub. Bu, mənə qarşı haqsızlıqdır.  İntuisiyam məni heç zaman aldatmayıb. Dueti ifa edən zaman bilirdim ki, seviləcək. 

 

- İndi Sahib bəylə münasibətiniz nə yerdədir?

 

- Pis deyil. Amma sonuncu dəfə verilişlərin birində barəmdə dediyi sözlərə, qırğınlara görə heyfsiləndim. Çünki haqsızlıqla üzləşdim. Bizi verilişlərin birində barışdırmaq istəyirdilər, amma başqa sözlər oldu deyə, mən ondan incidim.

 

- Söylədiniz ki, sizinlə birgə sənətə gələn həmkarlarınız daha çox tanınıb. Siz də onlar qədər tanınmaq üçün nə etməyi düşünürsünüz?

 

- Kaş yaxşı imkanım ola, yaradıcılığımda bir çox yeniliklər edərəm. Müğənniyə nə lazımdı? Musiqi...Ürəyimdə elə mahnılar var ki, onları lentə aldırardım. Amma hər bir işin arxasında pul durur. Mən Azərbaycanda yeganə qadın müğənniyəm ki, sponsorum yoxdur. Heç bir işimə 1 manat da pul xərcləyən olmayıb. İndiyə qədər az-çox nə etmişəmsə, özüm etmişəm. Hətta çox çətin bir maddi sıxıntıya düşmüşdüm. Müğənnin də pulu toydan çıxır. Mənim də həmin zaman adıma yazılan toylar əlimdən çıxdı. Bütün bunları isə duet ortağım etmişdi. Özümdə güc tapıb, yenidən mahnılar yazdırdım, toylara getdim. Artıq bundan sonra da yaradıcılığıma fasilə verməyəcəm. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07