Xatirə İslam: "Qarabaşaq yeməkdən 16 kilo arıqlamışam" - REPORTAJ
05 oktyabr 2013 14:18 (UTC +04:00)

Xatirə İslam: "Qarabaşaq yeməkdən 16 kilo arıqlamışam" - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Lent.az-ın “Bazarlıq” layihəsində bu gün müğənni Xatirə İslam olacaq.

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu.

 

- Sözün düzü  layihənizi çox izləməyə vaxtım olmayıb. Amma fərqli bir layihə olduğunu deyə bilərəm. Necə deyərlər, bu işdə sizlərə uğurlar. (gülür)

 

- İlk əvvəl soruşum, Xatirə xanım alış-veriş edirmi?

 

- Hə... Bax, bu, maraqlı sualdır. Düzünü deyim ki,  tez-tez alış-veriş etmirəm. İşlərimin çox olması buna imkan vermir. Amma belə vaxt tapan kimi özüm nəsə alıram. Alış-verişdən xüsusi zövq alıram.

 

- Bəs evə bazarlığı kim edir?

 

- Çox vaxt yoldaşım. Amma o da hərbçi olduğuna görə, daim alış-verişə vaxtı qalmır. O, çox yaxşı adamdır. Baxmayaraq ki, xarakterində hərbiçi sərtliyi var, istəyir ki, onun dediyi qanun olsun. Amma ikimiz də bir-birimizi anlayırıq.

 

- Alış-verişə  hansı şöbədən başlayaq?

 

- Fərq etməz, elə un məmulatları satılan şöbə girişdədi, burdan başlayaq. Amma hələ məhsulları yığmaq üçün səbət götürüm.

 

 

- Məhsulları yığmaq üçün səbət götürür və bu anda yadından bir şey çıxdığını deyir: “Lap yadımdan çıxımışdı. Alış-verişə gəlmədən öncə anam nə alacağımın siyahısını tutub. İlk əvvəl o siyahıya baxım, onun dediklərini, yağ, istiot  və yumru düyü alım, sonra özümə lazım olanları alacam. Bir sözlə bu gün əksər məhsuldan iki dənə alacam. Birini öz evimə, birini də anamgilə. Evlərimiz yaxındır. Bizim evə yeməyi əksər hallarda anam bişirir.

 

- Bəs özünüz yemək hazırlamırsız?

 

- Niyə hazırlamıram ki? Nə lazımdırsa, bişirə bilirəm. Amma vaxtım olmadığına görə, bu işi anam görür.

 

- Yoldaşınız sevdiyi yeməkləri öhdəsindən gələ bilirsinizmi?

 

- Fəxrəddin mənim bişirdiyim yeməkləri bəyənir. Amma bunu özümü tərifləmək üçün demirəm. Həqiqətən də əlimin duzu var.

 

 

 

 Un məhsulları satılan bölmədən makaron, qarabaşaq yarması, yumru düyü alır.

 

- Yalçın, bu gün çox məhsul almayacam. Xeyli müddətdir ki, pəhrizdəyəm. Ana olandan sonra çox kökəldim. Amma səksən dörd kilodan altmış kiloya qədər arıqladım. İlk əvvəl idmanla arıqlamaq istəsəm də, nail ola bilmədim. Heç bir kiloqram da arıqlamadım. Daha sora “kitay resepti” yazdılar mənə. Bu reseptlə 4 kiloqram arıqladım. İndi isə başqa bir reseptlə səksən dörddən altmış kiloqrama düşmüşəm. Hazırda on altı kiloqram arıqlamışam. Kilo vermə prosesinə hələ də davam edirəm. Əvvəlki formama düşəcəm (Gülür).

 

 

Meyvə tərəvəz məhsulları satılan şöbədəyik.

 

Tərəvəz məhsullarına baxar-baxmaz, satıcıdan zəncəfilin olub olmadığını soruşur...

 

- Sizdə zəncəfil var?

 

- (Satıcı düşünür) Deyəsən olmalıdır. Bəli, var. Nə qədər çəkim?

 

- Bir kilo bəs edər.

 

Zəncəfil çox xeyirlidir. Hər zaman alıram. Əksər hallarda qəbul edirəm.

 

-Satıcı 1 kiloqram zəncəfil yığdıqdan sonra, hərəsindən 1 kiloqram olmaqla şaftalı, gavalı və üzüm də çəkdirir. Elə satıcı meyvələri yığana qədər, Xatirə də bu məqamda da vitrindən 1 gavalı götürür...

 

- Bu gavalını elə burda yeyəcəm (Gülür).  

 

Dediyi kimi də edir.

 

- Gavalı xoşuma gəldi, elə əlimlə təmizləyib yedim. Mən beləyəm də, kompleksim yoxdur. Açığı, bu şöbəyə girmək niyyətində deyildim. O qədər də meyvə-tərəvəz yeyən deyiləm. Amma arada yemək lazımdır. Elə indi yediyim kimi.

 

- Sevmədiyin yemək hansıdı?

 

- (Bir az düşünür) Yox, yoxdur. Nə olsa yeyirəm.

 

- Bəs yoldaşınızın?

 

- O da mənim kimi, nə olsa yeyir.

 

- Ən çox sevdiyiniz və yediyiniz yemək?

 

- Qarabaşaq yarması. Arıqlamaq istəyirəm. Pəhrizə görə, qarabaşaq yeyirəm. Yoldaşım isə  ət yeməklərini çox sevir.

 

Ət məhsulları satılan şöbəyənin yanındayıq

 

- Bura necə girmişiksə, elə də çıxaq. Heç nə almayacam.

 

- Deyəsən vegeteriansan...

 

- Yox. Ət yeyirəm. Amma çox yox. Xüsusi ilə də toyuq əti. Amma kənd toyuğunu xoşlamıram. Mağazada satılan toyuqdan. Amma bu gün ət almaq niyyətində deyiləm.

 

Parfümeriya məhsulları satılan şöbəyə gəlirik

 

- Hə. Bax, indi buradan oğlum Emilə bez alacam.

 

Bir “paçka” uşaq bezi alıb, yolumuza davam edirik.

 

- Ağartı məhsulları ilə aran necədir? Qatıq, pendir, süd?

 

- O qədər də sevmirəm. Belə normal qəbul edirəm. Amma indi ağartı məhsullarından almayacam. Qarşıdakı şöbədən bir qutu yaşıl çay götürəcəm. O biri çaydan isə özüm İtalyadan getirmişəm.

 

 

Ağartı məhsullarından sonra su məhsulları şöbəsindən 2 litr mineral su alır. Elə dükanın çıxışında şirniyyat şöbəsini görcək, əhvalı bir az dəyişir...

 

- O bölməyə getməyək, axı mən pəhrizdəyəm? Ora getsəm, dözməyib şirniyyat alacam. Yaxşısı budur, alış-verişimizi yekunlaşdıraq. Zarafatsız, xeyli mal aldım ha (Gülür).

 

 

- Başqa nə isə almayacağdınız ki?

 

- Yox, deyəsən hər şey aldım.

 

 

- Sizcə alış-verişə nə qədər pul xərclədiniz?

 

- Bilmirəm. Çox olmayacaq məncə.

 

 

 

 

 

Beləliklə, satıcı aldığı məhsullar hesablandıqca, Xatirə də pul kisəsinin ağzını açır. Əvvəlcə hesabı kartla ödəmək istəsə də, ödənişi nağd pulla edir.

 

- Əvvəl kartımı çıxartdım ki, aldığım malların balları kartıma qeyd olunsun. Çünki, bu dükanda kampaniya keçirilir. Lazım olan miqdarda xal toplasam, uduşdan tozsoran, başqa-başqa məişət maşınları qazanacam. Aha, burada yaxşı güzgü görürəm.

 

Güzgünün önünə keçərək, sumkasında olan dodaq boyasını çıxardır və dodağını boyayır. Sonra yenidən kassaya yaxınlaşır.

 

 

 

Satıcı sonuncu məhsulları hesablayır və sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 62 manat, 88 pəpik...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12713
avatar

Yalçın UĞUR

Oxşar yazılar