Tarkanın konserti Bakıda tıxaca səbəb oldu -  VİDEO
25 noyabr 2023 21:14 (UTC +04:00)

Tarkanın konserti Bakıda tıxaca səbəb oldu - VİDEO

Bakıda türkiyəli müğənni Hüsamettin Tarkan Tevetoğlunun (Tarkan) konserti başlayıb.

Lent.az xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan konsertə maraq böyük olub.

Müğənni səhnədə ilk olaraq "Yolla" mahnısını ifa edib.

Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.
 

Konsertə görə Bakıda böyük tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9914

Oxşar yazılar