Şahzadə Diana Çarlzdan boşandığı gün  necə görünürdü?
30 avqust 2024 14:47 (UTC +04:00)

Şahzadə Diana Çarlzdan boşandığı gün necə görünürdü?

Uels şahzadəsi Diana 1996-cı ildə əri şahzadə Çarlzdan rəsmən boşanıb. London paparassiləri həmin il avqustun 28-də şahzadənin şəklini çəkərək Britaniya kral ailəsinin nümayəndəsinin necə göründüyünü göstəriblər.

Lent.az-ın xəbərinə görə, Diana indi də Britaniyada çox sevilir və onun dəbə gətirdiyi yeniliklərdən sevə-sevə istifadə edirlər.

Çarlz və Diana 1981-ci ildə evləniblər. Onun Britaniya taxtının varisi ilə toyu bütün dünyada yayımlanan ən möhtəşəm kral toylarından birinə çevrilib. Lakin cütlük 15 illik evlilikdən sonra, 1996-cı ildə ayrılıb.

Rəsmi boşanma avqustun 28-də baş tutub. Həmin gün Diana fotoqrafların hədəfində olub. 

Diana zərif görünüşlə kameralar qarşısına keçib. Hətta ölümündən sonra da o dəb ikonası hesab olunur. 

Məşhur boşandığı gün ağ top, ağ zolaqlı açıq mavi pencək və eyni rəngli şalvarda olub.

Diana görünüşünü zərif, sadə, lakin qiymətli aksessuarlarla tamamlayıb. Barmağında Çarlzın ona verdiyi mavi sapfirli üzük olub. Boşandıqdan sonra da Diana bu üzüyü taxmağa davam edib.

İndi bu aksessuar şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Ketrinə məxsusdur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar