Müğənni məşhur filmdə rol alacaq
04 avqust 2022 05:37 (UTC +04:00)

Müğənni məşhur filmdə rol alacaq

“Warner Bros.” film studiyası baş rolda amerikalı aktyor Xoakin Feniks ilə “Joker” filminin ikinci hissəsini təqdim edəcək.

Lent.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalında məlumat verilib.

Nəşrin məlumatına görə, rollardan birini müğənni Ledi Qaqa canlandıracaq.

Filmin süjeti haqqında hələ ki, məlumat yoxdur.

“Joker”in ilk hissəsi 2019-cu ildə işıq üzü görüb. Film eyni anda iki Oskar qazanıb.
 

# 2139
avatar

Oxşar yazılar