Məşhur müğənninin uşaqlıq  FOTOLARI 
09 may 2022 09:05 (UTC +04:00)

Məşhur müğənninin uşaqlıq FOTOLARI 

Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə, musiqi prodüseri, xoreoqraf və model Şakira İzabel Mebarak Ripol (və ya sadəcə olaraq Şakira) bu ilin fevral ayında 45 yaşını qeyd edib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Latın Amerikasının ən uğurlu müğənnisi kimi tanınır, onu asanlıqla dünya səviyyəli məşhur adlandırmaq da olar.

Müğənninin adı ərəb dilində "gözəl", hindi dilində isə "işıq ilahəsi" deməkdir.

Şakira hələ məktəb illərində çıxış etməyə başlayıb, xüsusilə ona göbək rəqsi uğur gətirib.

Müğənni 1990-cı illərin əvvəllərində ilk musiqi albomlarını buraxıb, lakin kommersiya uğuru qazana bilməyib.

O, beşinci albomu olan “Laundry Service” ilə ingilisdilli bazara daxil olub. Onun aparıcı sinqlı "Whenever, Wherever" 2002-ci ilin ən çox satılan sinqlı olub.

Şakira “MTV Video Music Awards”, “Qremmi”, “Billboard Music” və digər mükafatların sahibidir,  onun “Şöhrət Xiyabanı” ulduzu da var.

2013 və 2014-cü illərdə o, “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısında yer alıb. 


 

# 3804
avatar

Oxşar yazılar