İtkin düşən   repçi TAPILDI
06 yanvar 2023 17:47 (UTC +04:00)

İtkin düşən repçi TAPILDI

İtkin düşdüyü bildirilən repçi Teofil London tapılıb. 

Lent.az xəbər verir ki, bu barədə "Hypebeast" saytı məlumat yayıb. 

İfaçının əmisi oğlu Noel sosial şəbəkə hesabında Teofilin tapılmasından danışıb. “Teonu tapdıq. O, təhlükəsizlikdə və sağlamdır. Əmim oğlumu tapmaqda göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür edirəm”, - o bildirib.

Onun hansı şəraitdə və haradan tapılması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Teofil London yoxa çıxmazdan əvvəl sonuncu dəfə 2022-ci il oktyabrın 15-də görünüb. 



# 2193
avatar

Nigar Namiq

Oxşar yazılar