Mərhum aktyor Azər Baxşəliyev komada olarkən naməlum şəxs İlkin Həsəniyə qarşı dələduzluğa cəhd edib.
Lent.az xəbər verir ki, bu barədə İlkin Həsəni özü sosial şəbəkələrdə məlumat yayıb.
O bildirib ki, Azər Baxşəliyev komada ikən özünü Rusiyada yaşayan həmyerlimiz kimi təqdim edən "Seyid" adlı şəxs 10 min dollar pul yardım etmək istədiyini deyib. O, sonradan ailəsinin də Azərbaycana gələcəyini, lakin pulları olmadığı üçün İlkin Həsənidən kart hesabına 200 manat atmasını istəyib.
Daha ətraflı videonu izləyin: