“Giveaway” biznesinə o da qoşuldu – Pul yarışı, yoxsa...?
18 may 2022 21:00 (UTC +04:00)

“Giveaway” biznesinə o da qoşuldu – Pul yarışı, yoxsa...?

“Giveaway” ifadəsi yəqin ki, çoxunuza tanışdır. Müasir dövrümüzdə texno axınına düşən insanlar hər gün onlarla trendlərlə qarşı-qarşıya gəlirlər. Bəzi trendlər isə dəyişmir. Bunlardan biri də “Giveaway” yarışmasıdır.

Məsələn, saysız-hesabsız bloqqerlərin ucuz rəqabəti, insanları şirnikləndirən reklamlar, saxta hədiyyə qalibləri və s. Yəni, bu prosesin adını düzgün deyə bilməyən də, əsl yarışma edənlər də - hamısı bir barabandadır. Həmin barabanda isə bəzən insanlar fırladılır. Bunun da təbii ki, qaranlıq tərəfləri var. 

Əvvəla onu qeyd edək ki, bu tip oyunlarda qazanan 3, ya da 4 tərəf olur ki, bunlar - “Giveaway”i öz səhifəsində paylaşan, “Giveaway” təşkil edən(bu, elə birinci tərəf də olur), iştirakçılar və sponsorlar. Deməli, burada izləyicilər hədiyyə, təşkilatçı şəxs və sponsorlar isə pul qazanır. Təşkilatçı hədiyyəni və ya pul mükafatını sponsorlardan yığılan məbləğlə təqdim edir, müəyyən qədər pul da qazanır. 

Bloqqerlərlə yanaşı, müğənnilərin də bu yarışı səhifələrində elan etmələri onların düşən reytinqlərini, izləyici sayını bir növ qaldırmaq yoludur. Onlar üçün fərqi yoxdur, kimlər udur, ya uduzur. Yadınızdadırsa, bloqqer Hüseyn Həsənovun Bakıda təşkil etdiyi “oyun” nə qədər qınanıldı. İnsanlar küyə niyə qaçır? Axı həmin insanlara kim vəd edir ki, bahalı telefon, maşın, külli miqdarda pul mükafatı qazanacaqlar? 

Marketoloqlar hesab edir ki, bu, açıq-aşkar istismardır. Hətta, marka sahibləri də nəticələrə etibar etmədiklərindən sonrakı mərhələlərdə hədiyyələri verməkdən boyun qaçırırlar. Nəticədə izləyici saylarının proqramla saxta şəkildə artırılır və şişirdilir. Bu da təbii ki, saxtakarlıqdır.

Könül Kərimovanın da “Giveaway” başlatmağı digər məşhurların yolunu getməyini göstərir. Kənardan müdaxilə edərək, asanlıqla kimisə qalib etmək mümkündürsə, sizcə, bu da asan qazanc yolu deyilmi?

Bu da fərqli biznesdir. Kimlər bu yarışdan qazanmır ki? Kimisi izləyici, kimisi pul. Amma, kütlələri bunun üzərindən idarə etmək, izləyiciləri süni şəkildə cəlb etmək gec, ya tez üzə çıxır, xüsusilə də şou aləmində.

Görək, Könül xanım necə, qazandıracaq, yoxsa...?

Könül Kərimova və “Giveaway”

# 2046
avatar

Nigar Namiq

Oxşar yazılar