"Aynur arvadım olsaydı, saçlarını yolardım" - Niyam Salami  - VİDEO
15 iyun 2022 14:07 (UTC +04:00)

"Aynur arvadım olsaydı, saçlarını yolardım" - Niyam Salami - VİDEO

"Biz Aynurla ancaq səhnədə görüşürük. Başqa vaxt işimizə görə görüşmək alınmır. Birlikdə duetimiz yoxdursa, səhnəyə çıxmırıqsa, bir-birimizi görmürük".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Zaurla Günaydın" proqramında deyib.

O bildirib ki, bu qədər zarafat olmaz:

"Aynurun işidir hamısı. Aləmi qatdı bir-birinə. Zarafat olar, amma bu qədər də yox".

Niyamla birgə verilişdə qonaq olan Aynur Dadaşova deyib: "Niyam mənə bacı, mən də ona qardaş deyirəm" .

Niyam Salami isə "Bacı-qardaş deyən adam elə olur? Məni aldadıb. O qədər də yox. Ssenarini yazan Eldənizdi. Aranı o da qarışdırıb", - deyərək Aynura reaksiya verib. 

İfaçılar bildiriblər ki, ailə qurmaları haqda danışdıqları yalanı yayda nəzərdə tutduqları “Toy olacaq” konsert layihələri üçün ediblər. 

Niyam daha sonra "Yaxşı ki, Aynur arvadım olmayıb, saçlarını yolardım" sözlərini əlavə edib. 
 

# 2985
avatar

Fidan İlqar

Oxşar yazılar