"Aşk-ı Memnu"nun yeni "Nihal"ı
25 yanvar 2023 09:54 (UTC +04:00)

"Aşk-ı Memnu"nun yeni "Nihal"ı

Türkiyədə çox məşhur olan “Aşk-ı Memnu” serialının hazırda film variantı çəkilir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə yeni aktyorlar iştirak edəcək.

Əldə olunan məlumatlara görə, “Aşk-ı Memnu”nun “Nihal” obrazını gənc aktrisa Helin Kandemir canlandıracaq.

Qeyd edək ki, “TAFF Pictures” bu filmdə “Bihter” obrazını oynamaq üçün məşhur aktrisa Farah Zeynep Abdullahla müqavilə imzalayıb. 

# 4245
avatar

Arzu Qurbanlı

Oxşar yazılar