Aktyor Elcan Rəsulov Dubaydan qayıda bilmir - ÖZÜ DANIŞDI
02 mart 2026 18:08 (UTC +04:00)

Aktyor Elcan Rəsulov Dubaydan qayıda bilmir - ÖZÜ DANIŞDI

0

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya qayıda bilməyənlər arasında aktyor Elcan Rəsulov da var.

Lent.az xəbər verir ki, bu barədə aktyor özü paylaşım edib.

O, İranın raket hücumlarına görə Dubayda uçuşların ləğv olunduğunu və qalma xərclərini turistlərin özlərinin qarşıladığını söyləyib:

"Deyirlər ki, Birləşmiş Ərəb Əmirlikləri orada qalan turistlərin xərclərini öz üzərinə götürdü. Hamı da tərifləyir. Elə bir şey yoxdur. Qaldığım hotelin qeydiyyat yerinə yaxınlaşdım, vaxtım bitir. Biletim də var, amma məlum səbəblərdən qayıda bilmirəm.  

Qiyməti soruşdum, əvvəl 100 dollar olan otaq indi 200 olub. Qiymətlər 2 qat qalxıb. İran bir neçə gündür BƏƏ-yinə də raketlər atır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar