Türkiyəli məşhur musiqiçi İzzet Yıldızhan mirasdan danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İzzet Yıldızhan Ferdi Tayfur haqqında danışıb:
"Allah rəhmət eləsin. Ölkə üçün gözəl mahnılar bəstələyib. Uşaqlığımızdan onu dinləyirik. Ölkədə Ferdinin bir tərəf müqabili var idi. Tayfurun ölümündən sonra ailəsi arasında dava və miras müzakirəsi gündəmə gəlib. "Sizin də ailəniz var, övladlarınız var”. Qorxmursunuz ki, sizlərdə bir gün bunu yaşayacaqsınız. Çox acınacaqlı hadisədir. Doqquz uşağım var. Ata övladları üçün o qədər zəhmət çəkib ki... Ata bu dünyadan gedəndə bir-biri ilə dava etməsinlər. Onsuz da miras onların haqqıdır...
Bir araya gəlmək lazımdır siz ailəsiniz qan bağınız var. Puldur, var- dövlətdir bir gün var, bir gün yox. Heç kim bu dünyadan heçnə aparmır. Onlar bir-birlərinə pislik etməməlidirlər. Mən bunu bir yetkin insan kimi deyirəm və bizim gənclərimiz də analarına, atalarına rəğbət bəsləməlidirlər”.