Stilist Anar: “Münsiflərin qarşısında klounluq etmək lazım imiş...” – MÜSAHİBƏ
Aprelin 11-dən İctimai TV-də “Şou nömrə 1” yarışması yayımlanır. Yarışmada tanınmış ulduzlar peşəkar rəqqaslarla duetdə rəqs edirlər. Artıq üçüncü həftədir davam edən müsabiqənin ilk həftəsi Naina İbrahimova, ikinci həftəsi stilist Anar Ağakişiyev öz istəyi ilə layihəni tərk ediblər. Ötən həftə “Şou nömrə 1”i tərk edən məşhur stilist Anar Ağakişiyev layihədən ayrılma səbəblərini Lent.az-a müsahibəsində açıqladı.
- Layihədən ayrılmağınızın səbəbi nə oldu?
- Tək mən yox, tamaşaçıların çoxu hesab edirdi ki, ən maraqlı nömrələrdən biri mənimki olub. Səhərdən günorta saat 4-ə qədər məşq etmişdik. Hətta məşqlərə kənardan baxanlar da deyirdi ki, super nömrədir, ilk üçlükdə olacaq. Amma münsiflərin qeyri-obyektiv olması məndə şübhə yaratdı və anladım ki, burada yaşıl, sarı rəngli paltarlar geyinib klounluq etmək lazım imiş.
- Dediyiniz kimi, qeyri-obyektivlik varsa, onda necə düşünürsünüz, niyə münsiflər məhz sizə qarşı qeyri-obyektivliyə yol verdilər?
- Mən layihənin aparıcısına bildirmişdim ki, bizim şoularda ən zəif insanı sıxışdırırlar. Amma mən zəif deyiləm, sadəcə tərbiyəliyəm. Mən də Anar olaraq orda öz tərbiyəmi göstərdim. Canlı yayımda heç kimə heç nə demədim, üzümü çevirib getdim. Bu, zəiflik deyildi, tərbiyəmi göstərmək idi. Bəziləri kimi birinci həftə demədim ki, “mən özüm ağıram, xallarım da ağır olmalıdır”, münsiflərin qarşısına belə şərt qoymadım. Sadəcə, son çıxışımda münsiflər texnikamla bağlı danışdılar. Texnika mənim göydən düşməyim idi. Şalvarın altından dəri şortik geyinmişdim. Dizimdən mədəmə qədər olan bu şortikin çəkisi hardasa 4 kiloqram idi. Onda tərpənmək mümkün deyildi. Münsiflər belə əsaslandılar ki, “sən demək olar rəqs etmirdin”. Axı mən xoreoqraf deyiləm, rəqs qoymuram. Xoreoqraf mənə nə rəqs qoyubsa, mən də onu oynamışam. O günahı məndə yox, xoreoqrafda görməlidirlər. Əslində mən özümü birinci yerdə görmək istəmirdim. Həmin həftə birinciliyə mən yox, Könül Nağıyeva layiq idi. Ancaq mən üçlükdə olmalı idim. Yenə təkrar edirəm, görünür, münsiflərin qarşısında yaşıl, sarı paltar geyinib klounluq edərək, sirk göstərmək lazım imiş. Mənim nömrəm çox ciddi nömrə idi. İlk həftə mən rəqsi zəif bilirdim. Öz günahımı boynuma alıram. Ona görə də altıncı yerə layiq idim. Həmin həftə Sevda Yəhyayevaya qarşı haqsızlıq oldu. “Naz eləmə” rəqsini oynadı. Çox gözəl də alındı. Hətta həmin həftə məndən bir pillə aşağı olması xoş olmadı.
- Birinci həftə də, ötən həftə də eyni hal baş verdi. İştirakçılardan biri münsiflərin səsverməsi, digəri öz istəyilə çıxdı...
- Birinci həftə Naina İbrahimova getdi. İkinci həftə mən. Mən bu layihəyə dəvət alanda çox sevindim. Çünki ən azından sözdə çox qəşəng ifadə olunurdu. Gələndə də demişdim ki, hər şey haqlı şəkildə olsun. Xarici görünüşcə sakit, fağır, tərbiyəliyəm. Amma elə başa düşməsinlər ki, zəifəm və məni sıxışdırmaq olar. Amma eyni şeylə rastlaşdım. Onu da deyim ki, mənimlə dostluq edən məşhur müğənnilərimizdən biri bu layihəyə dəvət almışdı, lakin imtina etdi. Onunla əlaqə saxladım, soruşdum “niyə razı deyilsən?” Dedi çünki orda haqsızlıqlar olacaq. Mən ona inanmayıb o şouya getdim. Amma gərək inanaydım. Mən şounu tərk edəndə çoxları ora qayıtmağımı istədi. Bircə o müğənni dedi qayıtma.
Düzdür, münsiflərdə professionallar oturub. Amma qeyri-obyektivdirlər.
- Əgər qaliblər tamaşaçı səsverməsi ilə seçilsəydi, neçənci pillədə olardınız?
- Hansı pilləyə layiq idimsə, elə o pillədə. Hər halda axırıncı pillələrdə olmazdım.
- Bu layihəyə qatıldığınız üçün peşmansınız?
- Bir az peşmanam. Mən uşaqlıqdan heç vaxt oynamamışam. Bütün toylarda, tədbirlərdə ancaq oturmuşam. Mənə maraqlı gəldiyinə görə, bu layihədə iştirak etməyə razılaşdım. Peşman deyiləm ona görə ki, başım daşa dəydi və gözüm açıldı. Əmin oldum ki, tərbiyədən, mədəniyyətdən asılı olmayaraq, bir az da üzlü olmaq, maskalanmaq, yalandan adamın üzünə gülmək lazımdı. Peşmanam ona görə ki, bir balaca depressiv hal yaşadım. Amma qarşıdan yay gəlir. Mən də yayda doğulmuşam. İstəməzdim yay qabağı belə olsun.
Layihədən çıxmağımla bağlı bu günə qədər susdum. Gözlədim ki, zəng vurub deyəcəklər, “gəl, iştirak elə”. Son ana qədər obyektivliyi və o kəlməni gözlədim. Səhvi düzəltmək heç vaxt gec deyil. Amma olmadı. Bu müsahibədən sonra istəyirlər cavab versinlər, istəyirlər yox. Mən bir də bu barədə danışmayacam. Bu, mənim “Şou nömrə 1”lə bağlı ilk və son müsahibəmdir. Ancaq heç nəyə baxmayaraq, məni bu layihəyə dəvət etdiklərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri İsmayıl Ömərov başda olmaqla bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
Banu

2149