
Kartof piroqunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “BİS-DUS Babayeva Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla kartof piroqu resepti ilə tanış edəcəyik.
Tərkibi:
1 kq kartof, 0,5 kq çəkilmiş ət, 2 orta boy soğan, ½ st süd, 100 qr yağ, 250 qr holland pendiri, duz, istiot
Hazırlanma qaydası:
Soğanı və kartofu soyub doğrayırıq. Sonra kartofları suya əlavə edib, bir az duz tökürük və bişiririk. Sonra digər tavaya bitki yağı töküb, soğanı və əti əlavə edib bir yerdə bişiririk. Daha sonra kartofu əzib içinə yağ, süd və istiot tökürük. Pendiri sürtgəcdən keçirib piroqu hazırlayırıq. Piroqu hazırlayacağımız qaba kartofun bir hissəsini yayırıq. Sonra əti, üzərinə pendiri və qalan kartofu yayırıq. Sonuncu qata da pendir əlavə edib qoyuruq sobaya. Bişdikdən sonra süfrəyə veririk.
Nuş olsun!
Oxşar yazılar

Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...
3 dekabr 2020 , 18:56
Evdə pişik saxlamağın insan sağlamlığına FAYDALARI
3 dekabr 2020 , 11:41
Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin
2 dekabr 2020 , 19:54
Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...
2 dekabr 2020 , 17:05
"Maska taxarkən “nəfəsim çatmır, ürəyim sıxılır" deyənlərin DİQQƏTİNƏ
2 dekabr 2020 , 16:43
Çox nadir hazırlanan “Zərdə” şirniyyatı: Onun sevilmə səbəbi...
2 dekabr 2020 , 12:22
Türkiyədə qeyri-adi kənd: Kameralar nəyi çəkdi?
2 dekabr 2020 , 12:04