<span style="color:red;">Badımcan mürəbbəsi  - Usta öz sirlərini açır:<span style="color:red;"> Lent.az-ın mətbəxi
18 sentyabr 2019 18:15 (UTC +04:00)

Badımcan mürəbbəsi - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifəyə istinadla badımcan mürəbbəsinin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Badımcan 1 kiloqram, şəkər tozu 1.200 qram, su 600 ml, 1 limon və ya suyu, 2-3 ədəd mixək (gərənfil) və ya hil duz, çay sodası
 
Hazırlanma qaydası:
 
Badımcanları yuyub, soyur, 20-25 dəqiqə duzlu suda saxlayırıq. Sonra təmiz su ilə yuyub sodalı suya qoyuruq. 2 saat saxlayıb, sonra yenidən təmiz su ilə yuyuruq. Qazana qaynar su və badımcanları əlavə edib 5 dəqiqə qaynadırıq. Sonra həmin suyu töküb, hər kiloya 3 stəkan olmaqla təmiz su və mürəbbə üçün nəzərdə tutduğumuz şəkər tozunun yarısını əlavə edib badımcanları bişirməyə başlayırıq.
 
Badımcanları şərbətin içində yarım saat bişirib götürürük. Daha sonra ədviyyatı və şəkər tozunun qalanını töküb kənarda saxlayırıq və yenidən bişiririk. Badımcanlar şəffafdırsa suyunu boşqaba tökürük, əgər axmırsa deməli mürəbbə artıq hazırdır.
 
Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164

Oxşar yazılar