Vilyamın məhkəməsində milyonların müzakirəsi – “Dəqiq olmalıdır...”
10 iyun 2022 14:08 (UTC +04:00)

Vilyamın məhkəməsində milyonların müzakirəsi – “Dəqiq olmalıdır...”

Uzun zamandır ki, davam edən İmişli rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Lent.az xəbər verir ki, prosesdə sənədlərin tədqiqi davam etdirilib. 

Vəkil cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanın təqribi yazıldığını bildirib:

"Ona görə də məhkəməyə maliyyə mütəxəssisi gəlməlidir ki, yazılan rəqəmlərə aydınlıq gətirsin. Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur. Təqribi rəqəmlərlə ittiham vermək olmaz. Aktı tərtib edən mütəxəssis gəlməli, yoxlamada aşkarlanan çatışmazlıqların haradan əldə edildiyini izah etməlidir. Mütəxəssis nöqsanları dəqiq izah eləməlidir. Mənimsənilən məbləğ nədirsə, o rəqəmi əsaslandırsın".

Yoxlama zamanı qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə külli miqdarda vəsait rayon ərazisindəki təhsil və məktəbəqədər müəssisələrdə xərclənmək adı ilə silinib. 

Vəkil rəqəmlər arasında çox böyük fərq olduğunu deyib:

"Məsələn, aktda İmişli rayon İcra Hakimiyyətinin inzibati binasına ayrılmış vəsait 5 milyon 685 min 699 manat, 4 milyon 493 min manat, yaxud 898 min manat göstərilib. Biz ittihamda bu rəqəmlərin hansını əsas götürək? Ekspertin rəyi dəqiq olmalıdır. Sizin obyektivliyimizə qətiyyən şübhəmiz yoxdur. Amma rəqəmlərin dəqiq əsaslandırılması üçün mütəxəssis prosesə gəlməlidir. Mütəxəssis mühasibatlıq aparmayıbsa, hesablama hansı üsulla həyata keçirilib?".

Hakim bildirib ki, növbəti prosesdə İmişli rayon ərazisində aparılan tikinti işlərinə ayrılan və xərclənmiş vəsaitlərlə bağlı akt tədqiq ediləcək. 

İş üzrə növbəti məhkəmə prosesi iyunun 13-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Fidan İlqar

Oxşar yazılar