Bryanskda 5 saylı gimnaziyada məktəbli qız şagirdlərə atəş açıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qız silahla təhsil müəssisəsinə gələrək 4 oğlanı yaralayıb, daha sonra isə intihar edib.
“Səkkizinci sinif şagirdi Bryansk gimnaziyasına silahla gəlib, dörd oğlanı yaralayıb və intihar edib. Uşaqlar təxliyə edilib”, - deyə hadisə şahidləri bildiriblər.
Atışma nəticəsində iki nəfərin öldüyü bildirilir. Həmçinin şəhər administrasiyası da hadisə nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb. Onların ölümü barədə məlumatı Səhiyyə Nazirliyi yayıb.
Təhlükəsizlik qüvvələri binanı mühasirəyə alıb, vəziyyət aydınlaşdırılır.