Ötən ilin sentyabr ayında qayınata və qayınasını öldürən Rəhman Osmanovun cinayət iş iüzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.
Xatırladaq ki, hadisə 2020-ci il sentyabrın 18-də Xaçmazın Ləcət kəndində baş verib. 46 yaşlı Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasını güllələyib.
Aldığı xəsarətdən qaynanası,57 yaşlı Sona Aslan qızı Yunusova yerindəcə ölüb, qaynatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.