Rusiyanın Kaluqa vilayətində uşaqlarını ac qoymuş qadının hökmü qüvvədə saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın azyaşlı uşağı həddindən artıq amansızlıqla qətlə yetirməkdə təqsirli bilinib və buna görə 10,5 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin o, hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Qadın hazırda Azərbaycanda gizləndiyi üçün məhkəmə qiyabi keçirilib.
Qeyd olunur ki, Kaluqalı qadın üç uşağını bir ilə yaxın aclıqla müalicə edib. Əvvəlcə o, özü ciddi bir pəhrizə riayət edib və uşaqlarını da bununla tanış etmək istəyib. Buna görə də onların yemək istəmələrinə məhəl qoymayıb və uşaqları ac saxlayıb. Həmçinin özünü həkimlərə göstərməkdən qorxub.
Nəticədə oğullarından biri taqətdən düşdüyü üçün dünyasını dəyişib. Digər uşaqlar isə analarının müalicəsindən sonra uzun müddət müalicəyə ehtiyac duyublar.