İntihar edən Əfruz Səmədova və Mətanət Quliyeva
10 mart 2021 17:57 (UTC +04:00)

İntihar edən Əfruz Səmədova və Mətanət Quliyeva

Məktəbli qızlar niyə intihar etdi? - Atası elə sözlər dedi ki... - FOTOLENT

Dünən axşam saatlarında, elə bu vaxtlar 11-ci sinif şagirdi olan iki qızın bir yerdə intihar etməsi medianın gündəmini dəyişdi.

Lent.az-ın əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün intiharın baş verdiyi Lökbatan qəsəbəsinə, oradan isə həmin qızların yaşadığı Qobu qəsəbəsinə yollanıb.

Amma indilikdə Lökbatandayıq. Qobu qəsəbəsindəki Ənvər İbrahimov adına 2 saylı məktəbin 11-ci sinif şagirdləri Mətanət Quliyeva və Əfruz Səmədova həyatlarına son qoymaq üçün məhz bu qəsəbədəki yaşayış kompleksinin kənardakı binanı seçmişdilər.

Əfruz və Mətanətin intihar etdiyi bina

Sakinlər və komendant vəzifəsini yerinə yetirən Samir adlı şəxslə söhbət zamanı məlum oldu ki, sən demə, binanın damına çıxışın qapıları daim bağlı olur. Həmin binanın damına çıxanda məlum oldu ki, əslində elə deyil, qapılar açıqdı. Bir sözlə, mənzərədən aydın oldu ki, binanın bu baxımdan təhlükəsizliyi ürəkaçan deyil.

İntihar hadisəsi olan binanın dama çıxışı

Digər tərəfdən necə ola bilərdi ki, bu iki yeniyetmə qız qapısı pultla açılan bloka daxil ola bilmişdi?

Bina sakinləri yeniyetmə qızların azyaşlı uşaqların vasitəsilə binaya girdiklərini deyirlər. Onların fikrincə, uşaqlardan biri qapını açıb içəri daxil olub ardınca qızlar bloka giriblər. Amma hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə intiharın baş verdiyi bloka süpürgəçi qadın girib. Ondan sonra bu iki qız içəri keçə bilib. Onu da qeyd edək ki, hər blokun qarşısında təhlükəsizlik kamerası var. Şahidlər deyir ki, binadan özlərini atarkən qızlardan biri 3-cü mərtəbədəki kondisionerə dəyib. Daha sonra ikisi də eyni yerə düşərək keçiniblər. Hazırda həmin ərazi torpaqla örtülüb.

Əfruz və Mətanətin damdan düşdüyü yer

Bəs hər iki qızın bir yerdə əl-ələ verərək özünü binadan atmasına nə səbəb nə ola bilərdi ki?

Müəmmalara cavab tapmaq üçün üz tutduq Əfruz və Mətanətin yaşadığı, oxuduğu Qobu qəsəbəsinə.

Qəsəbədə əvvəlcə onların təhsil aldığı Ənvər İbrahimov adına 2 saylı orta məktəbə baş çəkdik. Oradakı gözətçilərdən yalnız “biz heç nə bilmirik, məlumat verə bilmərik. Təhsil Nazirliyi açıqlama verər” kimi sözlər eşitdik. Bir qədər sonra Əfruz və Mətanətin sinif rəhbəri Səmayə Hüseynova irəli gələrək suallarımızı cavablandırdı:

Sinif rəhbəri Səmayə Hüseynova

- Əfruz rəssam idi. Şəhidlərimizin məktəbdəki rəsmlərini də o çəkmişdi. Dəfələrlə keçirilən çempionatlarda məktəbimizi təmsil edib. Hər ikisi əlaçı, məktəbin gözü idi. Sinfimizin qızları arasında pis münasibət yoxdur. İndiyədək onlarda hansısa sıxıntı, problem hiss etməmişəm.

Məktəbdən ayrılıb Mətanətgilin hüznlə dolu evlərinə yollanırıq. Mətanətin atası Elşən Quliyev deyir ki, onun ailəsində 3 uşağı var. Mətanət isə evin son beşiyi idi:

- Mətanət məktəbi yaxşı qiymətlərlə oxuyurdu. Birinci qrupa imtahan vermək istəyirdi. Evdə heç bir sıxıntı olmayıb, hər hansı problemlə qarşılaşmayıb. Evdə anasına kömək edib yemək bişirərdi. Üzündən gülüş əskik olmazdı.

Mətanətin atası Elşən Quliyev

Bəs ömrün təzə çiçək açan vaxtı canlarına qəsd edən sinif yoldaşları nə üçün məhz Lökbatandakı binanı seçdilər? 16 və 17 yaşlı qızları Qobudan Lökbatana getməyə nə
vadar etmişdi?

Elşən Quliyev davam edir:

- Uşaqlar ali məktəbə hazırlaşırdılar. Hazırlıqlarından ikisi də Lökbatandadır. Onlar pandemiya olduğu üçün çox vaxt dərslərə on-layn qoşulurdular. Ancaq dünən ikisi də Lökbatana hazırlığa getmişdilər. Güman etmirəm ki, onlar intihar etmək məqsədilə binanın damına çıxsınlar. Ehtimal edirik ki, qızlar mənzərə olsun deyə, selfi çəkmək üçün yuxarı çıxıblar. İstintaq orqanları da belə güman edir.

Mətanət və Əfruz isə dünən son dəfə hazırlığa getmək üçün evdən çıxmışdılar. Təəssüf ki, ölüm hazırlığına...

İntihar edən Əfruz Səmədova və Mətanət Quliyeva

Evin tək qızı olan Əfruzun isə tabutu təzə gətirilmişdi. Həyətdə tabutu önündə onun rəsmi, xonçalar və məktəbin göndərdiyi əklil qoyulmuşdu.

Müəmmalı ölümdən geriyə qalan isə iki hüznlə dolu ev və Əfruzun anasının naləsi idi:

- Tək uşağımız idi, İki uşağımız da yox idi ki, deyək biri qaldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45