Bakıda DƏHŞƏT:  müştəri kababçını öldürdü - YENİLƏNİB
11 aprel 2024 18:12 (UTC +04:00)

Bakıda DƏHŞƏT: müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

***
11:25

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Quliyev Anar Malik oğlu arasında mübahisə yaranıb. Nəticədə A. Quliyev bıçaqlanaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o, dünyasını dəyişib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, A. Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Belə ki, naməlum müştəri ondan kabab alarkən kababçıya irad bildirib. Bu iraddan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıb və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar