Sankt-Peterburqda kişi pnevmatik silahla əcnəbi satıcıya atəş açaraq hadisə yerindən qaçıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, atışma dekabrın 17-də Efimova küçəsində yerləşən “Sennaya” ticarət kompleksində baş verib. Axşam saatlarında rabitə salonunun əməkdaşı ilə müştəri arasında münaqişə baş verib və müştəri pnevmatik tapança ilə 19 yaşlı Azərbaycan vətəndaşının üzünə atəş açıb.
Zərərçəkmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sağ qaş nahiyəsinin yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olaraq evə buraxılıb.
Polisin aydınlaşdırdığı kimi, hadisənin günahkarı 26 yaşlı İrkutsk sakinidir.
Hazırda cinayət işinin başlanması məsələsi həll edilir, hadisənin başvermə şəraiti aydınlaşdırılır, şübhəli şəxs axtarılır.