Azərbaycanlı qadını küçədə öldürdü,  ömürlük cəza verildi
16 may 2025 11:38 (UTC +04:00)

Azərbaycanlı qadını küçədə öldürdü, ömürlük cəza verildi

Türkiyədə azərbaycanlı qadını öldürən şəxsə hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü il noyabr ayında Sakarya şəhərinin Adapazarı qəsəbəsində küçədə baş verib. A.A. sevgilisi olan 1 uşaq anası marketdə işləyən 32 yaşlı Şəlalə Mirzəlini odlu silahla güllələyərək öldürüb.

Sakarya Ağır Cinayətlər Məhkəməsində prokuror A.A.-nın qadını qəsdən öldürmə və odlu silahdan sui-istifadə etmə ittihamları üzrə bilərək həbsini tələb edib. Zərərçəkənin bacısı Ş.S. A.A.-ya ağır cəza verilməsini tələb edib. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu söyləyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar