Arvadını bir təpiklə  öldürüb içməyə davam etdi
23 noyabr 2023 17:21 (UTC +04:00)

Arvadını bir təpiklə öldürüb içməyə davam etdi

Buryatiya Respublikasında 47 yaşlı kişi sərxoş halda arvadını öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə aprelin 5-də baş verib. Kişi və arvadı Bərquzin kəndindəki mənzildə spirtli içki qəbul etməklə məclis təşkil ediblər. Lakin onların arasında mübahisə yaranıb və bu zaman kişi qadını yerə yıxaraq, onun gövdəsinə bir dəfə təpik vurub.

Bu zaman məhkum yenidən masa arxasına əyləşib və arvadının vəziyyətinin pisləşməsinə fikir verməyərək spirtli içki qəbul etməyə davam edib. Qadın bir gün sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məhkəmənin qərarı ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

# 3735
avatar

Oxşar yazılar