Hesablama Palatası Nəqliyyat Nazirliyinin qurumunu yoxlayacaq
05 dekabr 2014 16:20 (UTC +04:00)

Hesablama Palatası Nəqliyyat Nazirliyinin qurumunu yoxlayacaq

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Lent.az-ıın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin  icrasına, Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan  vəsaitlərin proqnozlaşdırılması və icrasına dair  audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunub. Bununla bağlı  müvafiq qərarlar  qəbul edilib.

Kollegiyada, eyni zamanda, Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi və Nəqliyyat  Nazirliyinin  Dövlət  Avtomobil Nəqliyyatı Xidmətinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dair  Audit proqramları təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139

Oxşar yazılar