Oktyabrda sərnişindaşıma tarifləri ucuzlaşıb
08 noyabr 2014 14:26 (UTC +04:00)

Oktyabrda sərnişindaşıma tarifləri ucuzlaşıb

Oktyabrda nəqliyyat sektorunda yükdaşıma tarifləri 6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşıb. 

 

Hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunub. 

 

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz ucuzlaşıb.

 

Avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar