Azərbaycan prezidenti İlham ƏliyevBeynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.
APA-nın məlumatına görə, H. Jao Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransının əhəmiyyətini vurğulayaraq, builki tədbirdə daha çox ölkənin öz stendləri ilə təmsil olunduğunu və yeni şirkətlərin iştirak etdiyini bildirib və bunu ölkəmizə olan marağın göstəricisi kimi dəyərləndirib.
H. Jao prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsinə verdiyi böyük dəstəyi vurğulayaraq bu sahədə Azərbaycanın çoxsaylı tərəfdaşlarının olduğunu deyib.
Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, ölkəmizdə keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının artıq yaxşı bir ənənəyə çevrildiyini, bu tədbirin regionda bu tipli yeganə sərgi və konfrans olduğunu məmnunluqla qeyd edib. Dövlət başçısı XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında yüzdən artıq şirkətin təmsil olunduğunu, ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu deyib.
Prezident İlham Əliyev İKT sahəsinə verdiyi dəstəyə görə H. Jaoya təşəkkürünü bildirərək, onunla görüşün birgə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
***
12:06
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.
Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc məlumat yayıb.