OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə Bloomberg agentliyinə məlumatlı mənbə bildirib.
Görüşün Qətərin paytaxtı Dohada baş tutacağı qeyd olunur. Qeyd edək ki, OPEC-ə üzv olmayan ölkələrlə görüş noyabrın 30-a təyin edilmiş, sonra isə ləğv edilmişdi.
Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.
Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.