Neftçalada Sənaye Məhəlləsi yaradılır-<span style="color:red;"> SƏRƏNCAM
02 fevral 2015 19:15 (UTC +04:00)

Neftçalada Sənaye Məhəlləsi yaradılır- SƏRƏNCAM

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi yaradılacaq. 

Sərəncamda bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. 

 

Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Nazirlər Kabineti Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməli, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar