Mərkəzi Bankın valyuta ehtiyatları artıb
06 dekabr 2017 15:00 (UTC +04:00)

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

0

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.

 

Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.

 

Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar