Gömrükdə müsadirə edilən malların dövlət mülkiyyətinə verilməsi <span style="color:red;">QAYDALARI
02 aprel 2014 11:53 (UTC +04:00)

Gömrükdə müsadirə edilən malların dövlət mülkiyyətinə verilməsi QAYDALARI

0

Nazirlər Kabineti (NK) “Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nı təsdiq edib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.

Qaydalara görə, müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən qəbul ediləcək.

 

Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi isə Nazirlər Kabinetinin "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1282

Oxşar yazılar