Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 22-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 862 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 306 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.
Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 miyon 381 min manatdan artıq kompensasiya ödənilib.
Noyabrın 22-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya ödənilib.
Bundan başqa, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.
Noyabrın 22-də həm də QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 421 milyon 669 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 milyon 399 min manatdan artıq kompensasiya ödənilib.