Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.5.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilib:
“3.5.2-1. müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir;”.