""Azərbaycan Kredit Bankı"na yatırılan əmanətlər qaytarılacaq" - RƏSMİ
16 iyul 2015 10:33 (UTC +04:00)

""Azərbaycan Kredit Bankı"na yatırılan əmanətlər qaytarılacaq" - RƏSMİ

 

“Lisenziyası ləğv olunan "Azərbaycan Kredit Bankı"na yatırılan əhalinin əmanətləri qanunun tələblərinə uyğun olaraq öz sahiblərinə qaytarılacaq”.


 

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) efirində deyib.

 

E. Rüstəmov xatırladıb ki, Mərkəzi Bank tərəfindən adıçəkilən banka inzibatçı təyin olunub: "Bizim üçün əsas olan əhalinin əmanətlərinin qorunmasıdır. Bunun üçün Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondu var. Lakin ilkin analiz göstərir ki, lisenziyası ləğv olunan bankın kifayət qədər vəsaiti var ki, ora yatırılan əmanətləri əhaliyə qaytarsın. Sadəcə olaraq, bu, bir az vaxt alacaq. Çünki müəyyən qanuni prosedurlar var ki, onlar keçilməlidir".

 

# 233
avatar

Oxşar yazılar