<font color=red>&#174; </font>“The Truth About Youth”: dünya gəncləri haqqında qlobal araşdırma
21 noyabr 2016 16:50 (UTC +04:00)

® “The Truth About Youth”: dünya gəncləri haqqında qlobal araşdırma

McCann Baku reklam agentliyi və UM Azerbaijan media agentliyinin birgə keçirdikləri tədbirdə indiki gənclərə həsr olunmuş vacib araşdırmanın nəticələri təqdim olundu.

 

16 noyabr tarixində Yarat Müasir İncəsənət mərkəzi beynəlxalq tədbirə ev sahibliyi etdi. McCann Worldgroup Qlobal şəbəkəsinin dünyanın 30 ölkəsində 33.000 gənc arasında keçirdiyi tədqiqatların nəticələri tədbirin iştirakçılarına təqdim olundu. Qeyd edək ki, bu araşdırmanı Azərbaycanda McCann Baku reklam agentliyi və UM Azerbaijan media agentliyi həyata keçirmişdir.

 

Tədbir McCann Worldgroup Qlobal şəbəkəsinin Avropa üzrə baş strateji direktoru Harcot Sinqin və McCann Worldgroup Truth Central araşdırma bölməsinin regional direktoru Rodni Kollinsin çıxışları ilə başladı. Daha sonra Azərbaycanın aktiv gənclərinin çıxışlarına yer verildi.  

 

Sosial baxımdan şüurlu, sərbəst, praqmatik və öz haqlarını dərk edən rəqəmsal dövrün gəncləri marketinq sahəsinin ən çox tədqiq etdiyi nəsildir. Onların maraqları, meyilli olduqları sahələr və digər xüsusiyyətləri bir çox böyük layihələri yönləndirmişdir.

 

Sonda vurğulayaq ki, gənclərə həsr olunmuş beynəlxalq tədqiqatla bağlı McCann Baku reklam agentliyi və UM Azerbaijan media agentliyi tərəfindən keçirilmiş bu tipli tədbir Azərbaycanda bir ilkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar