10 bank üzrə 709 milyon manata yaxın kompensasiya ödənilib
25 noyabr 2016 13:58 (UTC +04:00)

10 bank üzrə 709 milyon manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 23 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 863 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 milyon 410 min  manatdan  artıq  kompensasiya verilib.

 

ADİF-dən Lent.az-a verilən məlumata görə, noyabrın 23-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya verilib.

 

Noyabrın 23-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205  min manatdan artıq kompensasiya verilib. "Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  421  milyon  884  min  manatdan artıq kompensasiya verilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 milyon 643 min manatdan artıq kompensasiya ödənilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar