“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
Bu təyinatadək isə o, bankda Risklər üzrə Baş Direktor vəzifəsində çalışıb. Tural Həsənov 2016-cı ildən Unibank komandasının üzvüdür. “Unibank”dan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.
O, ODTÜ-də “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini şərəf diplomu ilə bitirib. Sonra isə Birləşmiş Krallığın “Exeter” Universitetində “Maliyyə və İdarəetmə” üzrə magistr dərəcəsi alıb.