“Maredo konfetləri qazandırır” lotereyası Kia Rio avtomobili və yüzdən çox hədiyyə qazandırdı®
13 iyun 2022 16:34 (UTC +04:00)

“Maredo konfetləri qazandırır” lotereyası Kia Rio avtomobili və yüzdən çox hədiyyə qazandırdı®

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan  “OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” adlı stimullaşdırıcı elektron lotereyanın final tirajı keçirilib.

Lent.az xəbər verir ki, iyun ayının 10-da yekunlaşan lotereyada bir nəfər 2021-ci il istehsalı olan Kia Rio avtomobilinin sahibi olub.

Lotereya qaydalarına əsasən, “OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə qaliblər müəyyənləşdirilib. Sonuncu tirajda sevilən aparıcı və aktyor İslam Mehrəliyev canlı yayımda qaliblərin seçimində iştirak edib. 8-ci tirajda təsadüfi seçimlə 5 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 1 nəfər elektrikli soba, 1 nəfər ətçəkən maşın, 1 nəfər smartfon telefon, 1 nəfər televizor, 1 nəfər paltaryuyan, 1 nəfər soyuducu və 1 nəfər Kia  Rio avtomobilinə sahib olub.

Qeyd edək ki, 15 aprel – 9 iyun tarixlərini əhatə edən və “OBA Market” mobil tətbiqi üzərindən 8 tirajı keçirilən stimullaşdırıcı elektron lotereyada təsadüfi seçimlə iştirakçılar 54 ədəd 100 AZN-lik “OBA” hədiyyə kartı, 15 ədəd elektrikli soba, 15 ədəd ətçəkən maşın, 15 ədəd smartfon telefon, 8 ədəd televizor, 8 ədəd paltaryuyan, 1 ədəd  soyuducu və 1 ədəd Kia Rio qazanıblar.

Onu da qeyd edək ki, lotereya şərtlərinə görə tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanıblar. 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

# 1614
avatar

Oxşar yazılar