Dünyanın ən zəngin adamı Ukraynadakı müharibəyə görə  milyardlar itirir
21 mart 2022 18:57 (UTC +04:00)

Dünyanın ən zəngin adamı Ukraynadakı müharibəyə görə milyardlar itirir

Amerikalı milyarder və “Tesla" şirkətinin baş direktoru İlon Mask Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən böyük itkilərə məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mask Ukraynanı “Starlink” peyk İnterneti üçün avadanlıqla təmin edir, həmçinin şəxsən Putini duelə çağırıb, lakin amerikalının Ukraynadakı müharibənin tezliklə başa çatmasında öz maraqları var.

Ukraynada hərbi əməliyyatlar elektromobillər üçün komponentlərin ciddi çatışmazlığına və akkumulyatorların əsas komponenti olan nikelin qiymətində rekord artıma səbəb olub. Bundan əvvəl məlumat verildiyi kimi, Ukraynadakı müharibə səbəbindən Avropada “Volkswagen” və BMW zavodları bağlanır.

“Mask hazırda çətin bir seçim qarşısındadır: nikel çatışmazlığı səbəbindən elektrik avtomobilləri istehsal etməyi dayandırmalı və ya daha az səmərəli akkumulyatorlu avtomobillər istehsal etməlidir”, - “Achilles” şirkətinin məhsul üzrə direktoru Keti Temblin deyib.

O hesab edir ki, nikel qiymətlərindəki sıçrayış elektrikli avtomobil istehsalçılarını batareyalarının keyfiyyətini aşağı salmağa təşviq edəcək, lakin bu, hələ də elektrikli avtomobil çatışmazlığının qarşısını almayacaq. Eyni zamanda Ukraynanın köməyi ilə istehsal olunan çiplərdə hələ də problem var.

Hazırda yalnız Tesla 3 nikelsiz akkumulyatorla istehsal oluna bilər. Qalan Tesla modelləri hələ də nikeldən asılıdır. Satışların azalması Maskın milyardlarla dollar olmasa da, milyonlarla dollar itirməsinə səbəb olacaq.

Ötən həftə London Metal Birjasında nikelin bir tonu üçün qiymət müharibədən əvvəlki 50 925 dollardan 55 000 dollara olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2945

Oxşar yazılar