Dünyanın  ən dəyərli   100 şirkəti –  SİYAHI 
28 noyabr 2023 18:03 (UTC +04:00)

Dünyanın ən dəyərli 100 şirkəti – SİYAHI 

Konsaltinq şirkəti “Interbrand Corp” dünyanın 100 ən dəyərli şirkətinin siyahısını tərtib edib. 

Lent.az xəbər verir ki, siyahıya “Apple” şirkəti liderlik edir. Brend 502,6 milyard dollar dəyərində qiymətləndirilir.

Məlum olub ki, “Apple” artıq on birinci ildir ki, reytinqdə birincidir.

İkinci yerdə dəyəri 316,6 milyard dollar qiymətləndirilən “Microsoft” şirkəti qərarlaşıb. “Amazon” (276,9 milyard dollar) və “Google” (260,2 milyard dollar) müvafiq olaraq üçüncü və dördüncü yerlərdə mövqelərini möhkəmləndirib.

İlk beşliyi keçən il olduğu kimi 91,4 milyard dollar dəyərində qiymətləndirilən Cənubi Koreyanın olan “Samsung” şirkəti tamamlayır.

“Toyota” 64,5 milyard dollar dəyərində dünya brendləri arasında altıncı yerdə qərarlaşıb. Yapon avtomobil istehsalçısı müvafiq olaraq yeddinci və onuncu yerdə qərarlaşan alman rəqibləri “Mercedes-Benz” (61,4 milyard dollar) və BMW (51,1 milyard dollar) avtomobillərini geridə qoyub.

Səkkizinci və doqquzuncu yerləri müvafiq olaraq “Coca-Cola” (58 milyard dollar) və “Nike” (53,7 milyard dollar) tutub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5094
avatar

Sevinc Fərid

Oxşar yazılar