"Bayraq Meydanı", "Mərkəzi Bank" və "Zəfər Parkı" portfoliomuzun ən dəyərli layihələridir - Emruz İsgəndərov
06 iyun 2024 13:30 (UTC +04:00)

"Bayraq Meydanı", "Mərkəzi Bank" və "Zəfər Parkı" portfoliomuzun ən dəyərli layihələridir - Emruz İsgəndərov

“Azmade Group”un İdarə Heyətinin sədri Emruz İsgəndərov bildirib ki, menecment qrupa aid olan törəmə şirkətlərdən bəzilərinin inkişafı yenilənmiş daxili struktur və strategiya üzərində qurulub. Effektiv nəticə əldə etmək üçün yeni sistem bu innovativ tələblərə uyğun şəkildə idarə edilir. 

Emruz İsgəndərov qeyd edib ki, qrupa aid törəmə şirkətlərdən biri AAC “Gobustone“ yerli istehsal olan MHB-lər (məsaməli hörgü blokları ) daxili bazarda olduğu kimi xarici bazarda da öz sözünü deməkdədir: “Rəqiblərimiz arasında həm keyfiyyət, həm də göstərilən xidmətlə fərqlilik yaratmışıq. İxrac bazarımız əvvəlki illərlə müqayisədə iki dəfə çox artıb. 2024-cü ilin ilk dörd ayına olan hesabat ümumi satışlarımızın 35% artdığı göstərir. Əlbəttə, bu qürurvericidir, çünki uğurlu strategiyamız sayəsində biz “Made in Azerbaijan” missiyamıza nail oluruq”.

“Azmade Group” sədri həmçinin əlavə edib ki, müştərilərin ekoloji cəhətdən təmiz məhsula olan tələblərinə cavab olaraq, yeni MHB D600 məhsulu artıq innovativ layihələrdə istifadə olunur. Eyni zamanda, xarici bazarın tələbatı nəzərə alınaraq MHB D400 markası  altında məhsul ixrac edilir. Bundan əlavə, şirkətin istehsal etdiyi digər məhsul- əhəng satışının 95%-ni bizim daxili və xarici bazar təşkil edir.

 “Azmade Group”un marketinq rəhbəri Sevda Şükürova qeyd edib ki, “Keyfiyyət bizim işimizdir” sloqanını rəhbər tutularaq Gobustone brendi etimad qazanıb və müştəri məmnuniyyətinə nail olub:

““Azmade” şirkətlər qrupunun rəhbərliyi həmişə məhsulun keyfiyyətinin artırılmasına  üstünlük verir. Bunu bizim sosial şəbəkələrdə mütamadi olaraq paylaşdığımız zavod istehsalat prosesi və  yüksək  standartlara uyğun iş şəraiti ilə bağlı pozitiv əməkdaşlarımızın  izahlı videoçarxlarından da görmək olar. Yerli brend olaraq innovativ layihələr ( Dəniz Mall, Xalça Muzeyi, Ag Şəhər ,SeaBreeze , Qarabağ layihəsi Ağdam Hotel   və s ) bizim məhsulumuza olan güvəni əks etdirir”.

“Azmade Group”un İdarə Heyətinin sədri Emruz İsgəndərov digər brend, “Spark” tökmə beton zavodunun fəaliyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, “Spark”ı Azərbaycandakı rəqiblərindən məhsul çeşidinə görə fərqlənir: “Ən böyük xüsusiyyətimiz 100-dən 1200-ə qədər bütün növ beton istehsal etmək imkanlarımız olmasıdır”.

Emruz İsgəndərov həmçinin, əlavə edib ki, “Azmade Group” “Know-how”, yəni praktiki və texniki biliklərə sahibdir və bu biliklər sayəsində ölkədə ən prestijli, hətta dünya mükafatına  layiq görülən layihələrdə imzası vardır: “Nümunə olaraq, başa çatmaqda olan “Bayraq Meydanı” və "Mərkəzi Bank” layihələrini ən mürəkkəb beton və statik layihələr kimi göstərə bilərik. Tikilməkdə olan  “Zəfər Parkı “layihəsi isə deyə bilərəm ki, portfoliumuzun ən dəyərli layihələrindən biridir. 2024-cü ildə maşın parkımıza 10 yeni mikser və nasos əlavə etməklə müştərilərimizə təqdim etdiyimiz xidmətlərin çeşidini genişləndirmiş olduq. Keyfiyyətdə qüsur olmamalı deyə düşünürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5346
avatar

Oxşar yazılar