Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" ölkənin işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin təşkili məqsədilə LTE baza stansiyalarının quraşdırılmasına başlayıb.
Bunu "APA-Economics"ə şirkətin korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya deyib.
Onun sözlərinə görə, artıq müxtəlif ərazilərdə bir neçə baza stansiyasının quraşdırılması başa çatdırılıb: "Məqsədimiz işğaldan azad olunan bütün əraziləri mobil rabitə xidmətləri ilə əhatə etməkdir", - deyə N. Şıxlinskayaya qeyd edib.