Qeyri-neft sektorunda gəlirlərin azalmasına səbəb nədir? – RƏY
Gələn il büdcədə qeyri-neft sektorunda gözlənilən gəlirlər bu ilkindən 1 milyard manat aşağıdır
Son 13 ildə ilk dəfə Azərbaycanın dövlət büdcəsində ciddi azalma qeydə alınır. İnkişaf etmiş ölkələrin büdcəsində vergi gəlirlərinin payı 80-85 faiz olduğu halda Azərbaycanda vergi yığımları ildən-ilə azalır.
Lent.az rəsmi büdcə sənədlərinə istinadən bildirir ki, 2009-cu il üçün ölkənin büdcəsində vergi gəlirlərinin payı 51,9 faiz olub. 2010-cu il büdcəsində isə bu göstərici 6 faiz aşağı salınaraq 45,9 faizə endirilib. Əvəzində gələn ilin dövlət büdcəsinin 50 faizdən çoxu neft gəlirləri hesabına formalaşdırılacaq.
Gələn ilin büdcəsinin gəlirlər hissəsində ən çox azalma isə qeyri-neft sektorunda proqnozlaşdırılıb. Belə ki, hökumət 2010-cu ildə büdcə üçün qeyri-neft sektorundan 3 milyard 570 milyon manat vəsait gözləyir. Halbuki bu rəqəm 2009-cu ildə 4 milyard 570 milyon proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, gələn il qeyri-neft sektorundan daxilolmalar 2009-cu ildəkindən 1 milyard manat və ya 22 faiz azdır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev qeyri-neft sektorundan gözlənilən gəlirlərin birdən-birə 22 faiz aşağı düşməsini bu sahədə həyata keçirilən layihələrin effektiv olmadığının göstəricisi kimi dəyərləndir. Onun sözlərinə görə, hökumət son 5 ildə iqtisadi siyasətin təbliğatında əsas yeri qeyri-neft sektorunun inkişafına yönəldib və son 3 ildə bu sahədə 35-40 faiz artım olduğunu bəyan edilirdi: “Amma qeyri-neft sektorundan vergi daxilolmalarının birən-birə 22 faiz azalması bu inkişafın sadəcə təbliğat məqsədi daşıdığı üzə çıxır. Doğrudan da regionların dayanıqlı inkişafı təmin olunmuşdusa, hökumətin bəyan etdiyi qədər iş yerləri açılmışdısa, birdən-birə 22 faiz azalma mümkün deyildi”.
Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafına dair bu ilin fevralında açıqlanan hesabatda göstərilirdi ki, son 5 ildə regionlara 10 milyard manat əsaslı kapital yönəldilib. Rövşən Ağayev deyir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, son 6 ildə 50-dək yeni müəssisə açılıb. Bundan başqa, son 5 ildə açılmış 600 minə qədər daimi iş yerlərinin çoxu regionların payına düşür. Bu iş yerlərinin 95 faizə qədəri isə qeyri-neft sektorundadır: “Amma bütün bunların fondunda qeyri-neft sektorundan daxilolmaların 22 faiz azalması xeyli ziddiyyətli görünür. Gərək hökumət hesabatında bununla bağlı ortaya müəyyən bir izahat qoyaydı. Təəssüf ki, həm parlamentə təqdim olunan büdcə hesabatında, həm də Hesablama Palatasının büdcəyə verdiyi rəydə bu məsələnin üzərindən sükutla keçildi”.
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Nazim Məmmədov deyir ki, qeyri-neft sektorundan daxilolmaların azalması böhranın Azərbaycan iqtisadiyyatına təsirinin nəticəsidir. Onun sözlərinə görə, böhran şəraitində müəssisələrin qarşılıqlı borcları artır, vergilərin ödənməsində çətinliklər yaranır: “Ona görə də biz dəfələrlə məsələ qaldırmışıq ki, bu sahədə islahatlar aparılmalı, müəssisələrin sosial yükü götürülməlidir. Çünki sosial yükü çəkən iri müəssisələr adətən, müxtəlif bəhanələrlə vergidən yayınırlar. Bu vergi ödəyicilərinin çoxu məhz qeyri-neft sektorundandır. Bu baxımdan biz hesab edirik ki, həmin sahələrdə islahatlar aparılmalıdır”.
Millət vəkili deyir ki, artıq Azərbaycanda reallığa uyğun büdcə formalaşdırılır. Buna baxmayaraq, gələn ilin büdcəsində irad tutulan məqamlar çoxdur. Onun sözlərinə görə, bu iradlardan biri büdcədə neftin qiymətinin proqnozlaşdırılması ilə bağlıdır: “Hesab edirəm ki, bu məsələdə dünyada gedən proseslər dəqiq nəzərə alınmayıb. Çünki neftin ədalətli qiyməti artıq “Böyük səkkizlik” və “Böyük iyirmilik” tərəfindən 70-80 dollar həcmində müəyyən edilib. Həm də gələn ilin birinci yarısından aparıcı ölkələrin iqtisadiyyatında artım müşahidə olunacaq. Bunu Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı da elan edib”.
Millət vəkilini narahat edən məqamlardan biri də büdcədə inflyasiya proqnozları ilə bağlıdır. Nazim Məmmədov deyir ki, büdcədə ümumidaxili məhsulun artımı 6,8 faiz proqnozlaşdırıldığı halda inflyasiyanın 3 faiz götürülməsi adekvat deyil. Onun sözlərinə görə, inflyasiya dərəcəsi büdcəyə ciddi təsir edən amillərdən biridir və bu proqnoz reallığa uyğun olmalıdır: “İnflyasiya insanların həyat şəraitinə təsir edən ciddi amillərdən biridir. Çünki hökumət inflyasiyanı həm pensiyanın sığorta hissəsini, həm də maaşların və təqaüdlərin artırılması yolu ilə kompensasiya edir. Bu baxımdan hər iki amilə ciddi yanaşmaq vacibdir. Amma bu məsələlərə yetərincə praqmatik yanaşılmayıb”.
Nazim Məmmədov bir daha vurğulayır ki, qeyri-neft sektorundan daxilolmaların 1 milyard manatdan çox azalması həm də iş yerlərinin ixtisarı və iqtisadiyyatın daralması ilə bağlıdır. Onun sözlərinə görə, hökumət də büdcənin neft gəlirlərindən asılılığından azaldılmasında maraqlıdır. Ancaq bu sahədə görülən işlərin əksəriyyəti idarəedən strukturlar tərəfindən tam hədəfinə çatmayıb: “Nə qədər acı da olsa, biz bunu etiraf etməliyik. Ölkə başçısının müəyyən etdiyi strateji xətləri düzgün müəyyən edib. Həm sahibkarlığın inkişafını, həm də bütövlükdə qeyri-neft sektoruna dəstəklə bağlı geniş proqramlar həyata keçirilir. Təəssüf ki, sahibkarlarla təmasda olan qurumlar, hökumət tərəfindən müvafiq tapşırıqlar alanlar bu işi axıra qədər görmür. Artıq Azərbaycanda qlobal maliyyə böhranı ilə yanaşı kadr böhranının da işartılar var və bu, getdikcə dərinləşir”.
Millət vəkili qeyr-neft sektorundan daxilolmaların kəskin şəkildə azalmasını regionların sosial-iqtisadi inkişafı proqramlarının hədəfinə çatmasının nəticəsi kimi dəyərləndirir. Onun sözlərinə görə, statistika orqanlarının regionların sosial-iqtisadi inkişafına dair açıqladığı rəqəmlər reallığı əks etdirmir. O, hətta bir neçə il əvvəl rayonlardan birində yaxından tanıdığı statistika idarəsinin rəisinin icra başçısının təzyiqləri nəticəsində işdən çıxarıldığını xatırladıb: “İcra başçısı ona deyir ki, niyə mənim dediyim rəqəmləri qoyub komitəyə real rəqəmləri göndərirsən? Bu söz-söhbətin nəticəsində onların arasında konflikt yarandı və idarə rəisi işdən kənarlaşdırıldı. Baxmayaraq ki, Rusiyada təhsil almış çox savadlı kadr idi. Bir qədər sonra həmin icra başçısını da işdən çıxartdılar. Amma onu gətirib Nazirlər Kabinetində məsul vəzifəyə qoydular. Mən özüm də şahidəm ki, ölkə başçısına düzgün informasiya çatdırılmır və təəssüf ki, buna cavabdeh insanların əksəriyyəti cəzalandırılmır”.
Nazim Məmmədov deyir ki, əslində hökumətin də regionların sosial-iqtisadi inkişafı layihələrindən gözləntiləri çox olub. Onun sözlərinə görə, infrastruktur layihələrinə qoyulan sərmayələrin nəticəsi olmalıdır. Millət vəkili hesab edir ki, bunların nəticəsi özünü həm kənd təsərrüfatı sektorunda, həm də yeni iş yerlərinin açılmasında göstərməliydi: “Amma hökumətin yuxarı orqanlarına verilən informasiyaların əksəriyyəti həqiqəti əks etdirmir. Bu isə gələcəkdə qərar qəbul edərkən müəyyən çətinliklər yaradır. Mən problemin kökündə bunu görürəm. İqtisadiyyata real baxmaq lazımdır. Lakin bəzi məmurlar rəqəmlərlə manipulyasiya edirlər”.
Bununla belə, Nazim Məmmədov bildirir ki, 2010-cu il büdcəsi prezidentin imzaladığı proqramların icrası, o cümlədən maaşların və təqaüdlərin ən azı builki səviyyədə verilməsi, sosial məsələlərin həlli üçün tam zəmin yaradır. Amma onun sözlərinə görə, büdcə proqnozları reallığa daha uyğun olsaydı, xüsusən də neftin qiyməti ilə bağlı proqnozlar həqiqəti əks etdirsəydi gələn ilin büdcəsi barədə əsası olan tənqidi fikirlər xeyli azalardı.
Elxan SALAHOV

723