“Azəriqaz” Gəncədə zona müşavirəsi keçirib
Tədbirdə 17 şəhər və rayonun qaz təsərrüfatı işçiləri iştirak edib
Bu gün Azəriqaz QSC Gəncədə zona müşavirəsi keçirib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, 20 iyun qaz təsərüfatı işçilərinin peşə bayramı munasibəti ilə keçirilən muşavirəyə Azəriqaz QSC-nin Təbii Qazın Qəbulu və Satışı MMC-nin direktoru Ramiz Məlikov, Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Paşa Paşayev, qərb bölgəsi üzrə 17 şəhər və rayonun Qaz İstismar İdarəsi rəisləri, eləcə də işçiləri qatılıb.
Tədbirdə ilk olaraq respublikamızda qaz təsərrüfatının tarixinə nəzər salınıb. Bildirilib ki, qaz təsərrüfatı 70 il neft sahəsi ilə bir yerdə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyun 2006-cı il tarixli sərəncamından sonra qaz təsərrüfatı müstəqil quruma çevrilib. Elə həmin ildən prezidentin müvafiq sərəncamı ilə 20 iyun respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.
Müşavirədə çıxış edən Ramiz Məlikov 2008-ci ildə görülən işlərə də nəzər salıb. Ötən il qeydə alınan nöqsanlara da toxunub. Ağcabədi, Astara, Dəvəçi və Samux rayon Qaz İstismar İdarələrinin rəhbərlərinin işdən azad olunduğu, onların yol verdiyi nöqsanlarla bağlı Baş Prokrorluqda cinayət işi qaldırıldığı, Azəriqaz QSC ilə birlikdə araşdırmaların aparıldığı da vurğulanıb. Hazırda respublikamızda əhaliyə verilən təbii qaz sarıdan problemin yaşanmadığı, 2009-cu ilin iyun ayınadək ölkənin 16 rayonu üzrə 35 yaşayış məntəqəsinin 6732 abonentinin təbii qaz təhcizatının bərpa edildiyi də diqqətə çatdırılıb.
Zona muşavirəsinin sonunda peşə bayramı munasibəti ilə bir qrup qaz təsərrüfatı işçisinə Azəriqaz QSC tərəfindən fəxri fərmanlar təqdim edilib.
Vüsalə Cənnətova

1098