“Aqrolizinq”in 328,9 milyon manatlıq sərmayəsi
“Aqolizinq” ASC 2005-ci ildən indiyədək dövlət vəsaiti hesabına 10334 ədəd kənd təsərrüfatı texnikaları alıb. Bunlardan 990-ı taxılyığan kombayn, 2767-si müxtəlif gücə malik traktor, 140-ı ekskavator, 6437-si müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqulardır.
Səhmdar Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, son 6 ildə "Aqrolizinq"ə dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan, Dövlət Neft Fondundan və Yaponiya hökumətinin ayırdığı qrant və təkrar vəsait hesabına ümumilikdə 328,9 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin 161 milyon manatı təkcə texnikaların və texnoloji avadanlıqların alınmasına xərclənib. Bunlardan traktorların alınmasına 55,46 milyon, taxılyığan kombaynlara 3,89 milyon, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarına 28,02 milyon, texnoloji avadanlıqların alınmasına isə 25, milyon manat istifadə olunub.
Bundan başqa, ASC-yə ayrılan vəsaitlərdən mineral gübrə və pestisidlərin alınmasına 85,72 milyon, buğda toxumlarının alınmasına 4,12 milyon, cins damazlıq heyvanların alınmasına 9,5 milyon, cəmiyyətin fəaliyyətinin təşkilinə və maddi texniki bazasının yaxşılaşdırılmasına 35,99 milyon manat sərf olunub. Beləliklə, “Aqrolizinq” son 6 ildə traktorların və kombaynların alınmasına 59,35 milyon, özünün maddi-texniki bazasına 36 milyon sərf edib.
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, “Aqrolizinq” dövlət büdcəsi hesabına alınan texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərtilə lizinqə verir. “Aqrolizinq”ə həmçinin gübrələri - superfosfat, azot gübrəsi və pestisidlər - damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmaq səlahiyyəti verilib.
Bununla belə, ASC-nin 6 ildə aldığı 990 taxılyığan kombayndan cəmi 93-ü, 2767 traktordan isə 1299-cu lizinq yolu ilə satılıb. Ümumilikdə Səhmdar Cəmiyyətin dövlət vəsaiti hesabına aldığı 10 min 334 kənd təsərrüfatı texnikasından cəmi 4 min 254-nü lizinq yolu ilə satmaq mümkün olub. Yerdə qalan 6 min 80 texnika ya fermerlərə icarəyə verilib, yaxud da aqroservis mərkəzlərinin anbarlarında saxlanılır. Bu texnikalar 55 rayonda aqroservis filiallarının nəzdindəki 100-dən artıq mexanikləşdirilmiş dəstələr vasitəsilə fermerlərə pullu xidmət göstərir.
Elxan SALAHOV

1191