Çəyirtkələrlə mübarizəyə 322 min dollar xərclənəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının maliyyələşdirdiyi layihə Azərbaycan da daxil regionun 8 ölkəsini əhatə edir
Bu gün Bakıda Kənd Təsərrüfatı ilə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) arasında iki layihə ilə bağlı müqavilə imzalanıb. Hər iki layihə üzrə sənədləri Azərbaycan tərəfindən Kənd Təsərrüfatı naziri İsmət Abbasov, BMT adından FAO-nun subregional koordinatoru Senaser Mustafa imzalayıb.
Lent.az-ın məlumatına görə, “Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsilə Azərbaycanda bitki genetik ehtiyatlarının istifadəsinin gücləndirilməsi” adlı layihənin ümumi büdcəsi 385 min dollardı. FAO tərəfindən maliyyələşdirilən bu layihə iki il müddətində həyata keçiriləcək. İmzalanma mərasimindəki çıxışında Kənd Təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, layihənin məqsədi Azərbaycanın Bitki Genetik Ehtiyatları (BGE) sahəsində fəaliyyət göstərən Elmi-Tədqiqat Əkinçilik İnstitutu və MEA-nın Genetik Ehtiyatlar İnstitutunun milli bitki seleksiyası və biotexnoloji imkanlarını genişləndirməkdir. Layihə ölkəmizin kənd təsərrüfatı üçün mühüm olan 3-4 prioritet bitkini (buğda, kartof, nar, tərəvəz bitkiləri) müəyyənləşdirəcək və bu bitkilərin yerli mühitə uyğunlaşmış məhsuldar sortlarının inkişafını təmin edəcək.
“Qafqazda və mərkəzi Asiyada köçəri və digər çəyirtkə ziyanvericilərinə nəzarətin yaxşılaşdırılması” adlı regional layihənin isə büdcəsi 322 min dollardır. İki il ərzində həyata keçiriləcək bu layihə 9 ölkəni – Azərbaycan, Ermənistan, Gürcüstan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikstan və Türkmənistanı əhatə edir. Layihənin əsas məqsədi regional əməkdaşlığın və potensialın möhkəmləndirilməsi vasitəsilə Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrə qarşı mübarizənin milli və regional səviyyədə yaxşılaşdırmaqdan ibarətdir. İsmət Abbasov deyib ki, layihə çərçivəsində iştirakçı ölkələrdə çəyirtkələrin hazırkı vəziyyəti və onun idarə olunmasına dair hesabat hazırlanacaq. Həmçinin çəyirtkələrə qarşı mübarizədə regional əməkdaşlığın yollarının müəyyənləşdirilməsi, tədqiqatların və nəzarət əməliyyatlarının aparılması üçün standart formaların hazırlanması da layihənin tərkib hissəsidir.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52